alt text

Grow R-PLEX Scalp Tonic

Saç gücləndirici tonik

25 ₼
/ 150 ML

Özəllikləri

Tonik sprey formasında olub saç köklərini gücləndirir, saç tökülməsini əhəmiyyətli dərəcədə azaldır və sağlam uzanmasına kömək edir.

Bitki ekstraktları kompleksi başın dərisinə nüfuz edərək qida maddələrini saç köklərinə çatdırır, bu da kökləri gücləndirməyə və baş dərisinin hüceyrə yenilənməsini stimullaşdırmağa kömək edir, saçın parlaqlığını artırır.

Tonik formulası baş dərisinin mikrosirkulyasiyasını yaxşılaşdıran, aktiv maddələrin epidermisə daha yaxşı nüfuz etməsinə kömək edən niasinamidlə zənginləşdirilmişdir.

Zülallar saçları gücləndirir, onları daha parlaq, hamar və elastik edir, baş dərisinin qıcıqlanmasını və qurumasını qarşısını alır. 

Veqan keratin saç köklərinə nüfuz edir, mövcud zədələri bərpa edir, boşluqları doldurur və saçın bütün uzunluğu boyunca qırılmaların qarşısını alır.

Nanə suyu (hidrolat) baş dərisini nəmləndirir, sakitləşdirir, təravətləndirir, onun hidrolipid və pH balansını normallaşdırır, artıq yağ ifrazını balanslaşdırır.

Spreyi gündə 2 dəfə təmiz saç diblərinə tətbiq edin, 2-3 dəqiqə barmaq ucları ilə aktiv şəkildə masaj edin. Yuyulmur.

  • Bitki ekstraktları kompleksi
  • Niasinamid
  • Zülallar (Proteinlər)
  • Veqan keratin
  • Nanə suyu (hidrolat)
  • Şəkər qamışı ekstraktı
  • Alma ekstraktı
  • Yaşıl çay ekstraktı
  • İnulin
  • Hidrolizə edilmiş Buğda zülalı
  • Hidrolizə edilmiş Soya zülalı
  • Hidrolizə edilmiş Qarğıdalı zülalı

Bəyənə biləcəyiniz digər məhsullar