Hər növ dəri tipinə uyğun kofe-mandarin skrab bədən dərisini təmizləyir, aşındırır və tərkibindəki mandarin efir yağı sayəsində isə dəriyə elastiklik, parlaq və sağlam rəng tonu bəxş edir.
Təzə çəkilmiş Robusta qəhvəsi və çəhrayı Himalay duzu ölü hüceyrələri təmizləyir, epidermisin bərpası və hüceyrə yenilənməsi prosesini aktivləşdirir və limfa drenajı effektinə malikdir.
Mandarin efir yağı qida maddələrinin dəriyə dərindən nüfuz etməsinə kömək edir, qidalandırır, nəmləndirir. Yağ əsasən anti-sellülit təsirə malikdir.
5 qiymətli bitki yağı: avokado, jojoba, makadamiya, üzüm toxumu, şirin badam epidermisin dərin qatlarına nüfuz edir, həm antioksidantlar və mikroelementlərlə qidalandırır, həm də modelləşdirmə effektinə malikdir.