Optimal nəticə üçün tam anti-sellülit kompleksi. Dəstə daxildir: Bədən üçün quru masaj üçün drenaj fırçası, təbii tərkibli skrab və anti-sellülit bədən kremi.
Fırça ilə masaj bədən dərisini hamarlayır və qan dövranını stimullaşdırır, artıq mayenin, toksin və şlakların bədəndən xaric olmasını təmin edir. Eyni zamanda bədəndə olan su-duz balansı normallaşır, nəticədə şişkinlik, sellülit əlamətləri və "portağal qabığı effekti" azalır. Dəri relyefi və konturları düzəlir, dərinin elastikliyi və möhkəmliyi artır.
Hər növ dəri tipinə uyğun kofe-mandarin skrab bədən dərisini təmizləyir, aşındırır və tərkibindəki mandarin efir yağı sayəsində isə dəriyə elastiklik, parlaq və sağlam rəng tonu bəxş edir.
Kofein və Qoji giləmeyvə ekstraktı ilə anti-sellülit bədən kremi maddələr mübadiləsini sürətləndirir, yağ bezlərinin parçalanmasını stimullaşdırır, qan dövranını aktivləşdirir, şişkinliyi aradan qaldırır, bədən dərisini yumşaldır və nəmləndirir.
Qeyd: Fırça su ilə təmas etməməlidir, təbii ağacdan istehsal olunub və su ilə təmas nəticəsində parçalana bilər.